LNS öz müştərilərinə istifadəsi rahat, çevik bir şəbəkə marketinqi sistemi təklif edir ki, bu sistem də öz növbəsində internetlə rahat şəkildə tənzimlənə bilən LNS Şəbəkə Marketinqi Sistemi vasitəsilə öz evlərindən rahat şəkildə bizneslərini idarə etmək imkanı verir. Şirkətin əsas məqsədlərindən biri marketinq sahəsinə yeni görünüş gətirmək, kapital qoyuluşunu minimuma endirmək və gəliri maksimuma qaldırmaqdır.
Müştəri məmnuniyyətinin gəlirdən daha vacib olduğunu əsas tutan LNS şirkəti müştərilərə günün hər saatında, ən son texnologiyalı onlayn texniki dəstəklə və LNS-ə investisiya qoyub milyonlar qazanmış dəyərli müştərilərin köməkliyi ilə xidmət göstərir.
Stokda olan və
sifariş edə biləcəyiniz
geniş məhsul çeşidləri
Bizim prioritetimiz
mənfəət deyil,
müştəri məmnuniyyətidir
Yalnız sertifikatlaşdırılmış
məhsullar
Müştərilərə 7/24
xidmət
Heç bir risk olmadan tam təhlükəsiz,
hər zaman və hər yerdə işləmək imkanı
və şəxsi karyera
Mənfəəti deyil, müştəri məmnuniyyətini
prioritet hesab edərək, müştərilərə
keyfiyyətli və yüksək xidmət göstərmək
Minimum kapital, maksimum gəlir və
birlikdə daha gözəl həyat üçün devizi ilə
dünya miqyasında brendə çevrildik
Müştəriyə dəyər vermək və
etibar etmək prinsipi ilə hər zaman
onun maraqlarını qorumaq
16.12.1990 Azərbaycan, Bakı.
Mən ən çox başqalarının geri çəkilib təslim olduğu yerdə irəli gedib təslim olmadığıma görə qürur duyuram!
Özünə və nə etdiyinə inamın varsa, hər zaman yalnız irəli get!
Əsla geri çəkilmə! Yolunda olan bütün maneələri dəf et!
Bu, böyük məna kəsb edir, bu yeganə layiqli döyüşdür!
Səndən başqa heç kim səni dayandıra bilməz! Məndən başqa heç kim məni dayandıra bilməz!
Mənim üçün LNS-də işləməyə başladığım ilk gündən ən vacib olan liderlik olub!
Çünki böyük məbləğdə pul ən yaxşı məhsulların və ya xidmətlərin olduğu biznesə deyil, ən yaxşı liderlərin və ən yaxşı komandanın olduğu yerə axın edir!
LNS şirkətinə mükəmməl lider məktəbi olduğu üçün hədsiz dərəcədə minnətdaram!
Məqsədim LNS-də imperiya qurmaqdır!
Birlikdə daha gözəl həyat üçün!
25.08.1992. Azərbaycan, Bakı.
“Bizi xoşbəxt edən məqsəd deyil, ona gedən yoldur”.
LNS şirkətində işlədiyim ilk günlərdən bu sözlər məni ilhamlandırır! Hər zaman hər bir vəziyyətdə, problem və çətinlikdə fayda çıxarmağa çalışan bir insan olmuşam. Hər vəziyyəti yaxşıya doğru dəyişmək və hər kəsi inanılmaz nəticələrlə təəccübləndirmək mənim prinsipimdir. Şirkətdə işlədiyim beş il ərzində həyatımı, düşüncə tərzimi və həyata qarşı münasibətimi kökündən dəyişdim. Yaxınlarımın, valideynlərimin həyatını dəyişdirdim, bir çox ölkəyə səyahət etdim, bir çox qiymətli əşya aldım və hal-hazırda bu şirkətdə “Top” liderəm. LNS mənim həyat missiyamdır! Hal-hazırda bir çox MDB ölkələrində komandam var və məqsədim LNS vasitəsilə 1.000.000 insanın ürəyinə yol tapmaqdır! LNS şirkəti, yuxarı rəhbərlərimə mənə dəstək olduqları üçün minnətdaram, həmçinin, bütün lider heyəti və sevimli komandama dəyər verir, hörmətlə yanaşır və təşəkkürümü bildirirəm!
“LNS” – Birlikdə daha gözəl həyat üçün!
“Kiçik insanların böyük məqsədləri olanda, onlar böyük möcüzələrə qadir olur”.
Mən, Primkulov Anarbek Rahmanjanoviç, günəşli Qırğızıstanın Cəlalabad şəhərində anadan olmuşam. 2008-ci ildən Rusiyada yaşayır və işləyirəm. Həyatımın 6 ilini sıravi yükdaşıyan işlədiyim türk şirkətinə həsr etmişəm. Yükdaşıyan kimi iş təcrübəsi istədiklərimə heç vaxt nail ola və uğur qazana bilməyəcəyimi dərk etməyimə səbəb oldu. Uğurun açarı xəyal etməyi və qarşına düzgün məqsədlər qoymağı bacarmaqda, prinsipial və əzmli olmaqdadır!
2014-cü ildə sosial şəbəkələrdən birində cənab Sofiklə tanış oldum və bu tanışlıq həyatımı kökündən dəyişdi. Onunla Moskvada LNS şəbəkəsini inkişaf etdirməyə başladıq. Uğur heç vaxt göründüyü qədər asan əldə olunmur, bir çox çətinliyin üstəsindən gəldik, eniş və yoxuşlar, məğlubiyyət və qalibiyyətlər yaşadıq. LNS şirkətinə verdiyi bütün imkanlara görə təşəkkür edirəm. Liderim cənab Sofikə ayrıca təşəkkürümü bildirirəm. O, uzaqgörən, özü ilə barışıq bir insan, mükəmməl liderdir. Dostluğumuz, bir-birimizə olan hörmətimiz bizi ilhamlandırmağa davam edir, bizə inanılmaz nəticələr əldə etmək üçün güc və qüvvət verir. Hal-hazırda məndən sonra RF-da və MDB ölkələrində 20-dən artıq ofis açılıb! Komandamız həm kəmiyyət, həm keyfiyyət baxımından artır. Komandamızda 6000 nəfər və 9 milliyyət var. Biznes hələ indi başlayır, ən yaxşısı hələ qabaqdadır.
Mən, Tajimırzayev Tursunbek Tınarbekoviç, 23 dekabr 1993-cü il tarixində Qırğızıstanın Cəlalabad vilayətinin Ağsı rayonunun Akjol kəndində müsəlman ailəsində anadan olmuşam. 20 yaşımadək burada yaşamışam. 2014-cü il fevralın 17-si iş tapmaq məqsədilə Rusiyanın Yekaterinburq şəhərinə yollandım. Ümumilikdə üç il işlədim (yükdaşıyan, ofisiant, sürücü, DJ). 2016-cı ildə bacım vasitəsilə möhtəşəm LNS şirkəti ilə tanış oldum. Şirkətin biznes planı ilə tanış olduqdan sonra işləmək qərarına gəldim. Yekaterinburqda işləməyə başlayan ilk insan idim. İlk öncə küçədə, liderlə mənzildə işləyirdim. Daha sonra liderlərimin dəstəyi ilə Yekaterinburqda ilk ofisi açdım. 2017-ci ilin may ayında birinci titulu (LNS-Via), 2018-ci ilin yanvar ayında ikinci titulu (LNS-Argento), 2018-ci ilin may ayında üçüncü titulu (LNS-M.Fiore), 2019-cu ilin may ayında isə dördüncü titulu (LNS-Via Oro) bağladım. LNS şirkəti sayəsində maliyyə cəhətdən müstəqil oldum, özümə ev, avtomobil və s. aldım. Liderlərimə və LNS şirkətinə insanlara sıfırdan qalxaraq maliyyə cəhətdən müstəqil olmağa və həyatda öz yerini tapmağa imkan yaratdığı üçün təşəkkürümü bildirirəm.
Mən, Yakubşoyev Qayos Xubonşoyeviç, 04.12.1985-ci il tarixində Tacikistan Respublikasının Xoroq şəhərində anadan olmuşam. 2003-cü ildə məktəbi bitirdikdən sonra hamı kimi məndə qazanc üçün Moskvaya getmək arzusunda idim. 2004-cü ildə Moskvaya gəldim. Dili bilmədiyim üçün tikinti şirkətində fəhlə işləməyə başladım. Muzdlu işin müxtəlif sahələrində işləmişəm. Beləcə həyatımın 12 ili keçdi, həyatımda heç bir dəyişiklik yox idi. Günlərin bir günü 2015-ci ildə Mijqon Mavlonazarova adlı xanımla tanış oldum. O, mənə LNS şirkətinin biznes planı vasitəsilə həyatımı dəyişdirməyi təklif etdi. Mən şirkətin əsas nümayəndəsi cənab Sofiklə tanış oldum. İdeya cəlbedici idi və mən Moskvada biznesi inkişaf etdirmək qərarına gəldim. Təbii ki, heç nəyim olmadığı üçün çətin və əzab-əziyyətli günlər yaşadım. Sıfırdan yuxarı qalxırdıq. Heç kəs bizə inanmırdı, heç bir fakt olmadığı üçün insanlar buna razılaşmırdı. Bütün bu maneələrə baxmayaraq mən təslim olmadım. Artıq 4 ildir ki, LNS şirkətində işləyirəm. Özümü maliyyə cəhətdən müstəqil bir insan kimi hiss edirəm.
Mən, Qulayev Saidkadamov, 23.10.1985-ci il tarixində Tacikistan Respublikasının Xoroq şəhərində anadan olmuşam. 2003-cü ildə orta məktəbi bitirmişəm. 2005-ci ildə məktəbi bitirdikdən sonra qazanc üçün Moskvaya gəldim, burada yarım il tərəvəz bazasında yükdaşıyan işlədim. Bundan sonra ərzaq mağazasında satıcı-konsultant kimi işləməyə başladım. Yarım ildən sonra oradan gedərək 2 il merçendayzer işlədim. 2015-ci ilin mart ayında dostum Qayos Xubonşoyeviç mənə LNS layihəsini təklif etdi. Şirkətin biznes planı xoşuma gəldi, yalnız bu bizneslə məşğul olmağa başladım. Bir çox çətinliklərdən keçdim, lakin bütün bunlar geridə qalıb! 4 ildir ki, bu şirkətdəyəm, 5-ci titulu (LNS-VIP) bağlamışam, tezliklə bu şirkətdə investor olacağam. LNS şirkəti sayəsində həyatım kökündən dəyişdi, maliyyə cəhətdən müstəqil oldum, 2018-ci ildə özümə Infiniti FX35 model avtomobil aldım!
Bu il özümə 3 otaqlı mənzil aldım. Müxtəlif ölkələrdə 10 ofisim var. “LNS” – Birlikdə daha gözəl həyat üçün!” şirkətində işləməkdən qürur duyuram.
Mən, Podşoyev Nozim Loxutşoyeviç, DBMV-nin Şuqnan rayonun Xoroq şəhərində anadan olmuşam. Məktəbi 2000-ci ildə bitirmişəm, məktəbi bitirdikdən sonra mən də hərbi xidmətə yollandım. 2005-ci ildə qayıdandan sonra universitetə qəbul oldum. Maddi vəziyyətə görə qiyabi şöbəyə keçərək çıxış yolu axtarmağa başladım və anidən qazanc üçün Moskvaya getməyə qərar verdim. Müvəqqəti getməyi düşünsəm də, həmişəlik orada qalmalı oldum. Müxtəlif sahələrdə işləməyə başladım. Bazarda satıcı işləyir, işdən sonra isə taksi sürürdüm. 3 il dəyişikliksiz keçdi. Evə qayıtdım, bir müddət qaldıqdan sonra heç bir məşğuliyyətim olmadığı üçün 2011-ci ildə Moskvaya geri qayıtdım. Burada dostumla görüşərək, uzun müddət həyatımı necə dəyişəcəyimi düşündük, çünki Moskvada da faydalı məşğuliyyətim olmalı idi. 2015-ci ildə günlərin biri dostum Qulayez Saidkadamov mənə zəng edərək görüşməyi təklif etdi. Görüşdə mənə həyatımı dəyişmək imkanı barədə danışdı. Məni LNS şirkətində müsahibəyə dəvət etdi. Burada mən cənab Sofiklə tanış oldum. Bundan sonra başlamaq qərarı aldım. Avtomobilimi satdım. Beləliklə həyat yoldaşım Mavlonazarova Zebiniso, bacım Xojanazarova Famida və yaxın dostum Dastanbuyev Biroimbeklə birlikdə fəaliyyətə başladım. 4 ildir ki, bu biznesdəyəm. Bu müddət ərzində LNS şirkəti və məni diqqətsiz qoymayan Qulayez Saidkadamov sayəsində həyatımda çox şey dəyişdi. Maddi cəhətdən müstəqil biri oldum. Moskvada şəxsi ofisim var. LNS şirkətindən Mercedes markalı avtomobil aldım, 2019-cu ilin sonunadək mənzil alacağam. Həyatımda iz qoyan hər kəsə təşəkkürümü bildirirəm!
Qələbə hər zaman birinci olmaq demək deyil. Qələbə əvvəl olduğundan daha yaxşı olmaq deməkdir!
Mən, Davlatnazarova Conafruz Tiranddozovna, 06.03.1987-cü il tarixində Tacikistanda anadan olmuşam. Orta məktəbi 2005-ci ildə bitirmişəm. 2007-ci ildə məktəbi bitirdikdən sonra qazanc üçün Moskvaya gəldim. İlk iki ili qabyuyan işlədim, daha sonra bankda işləməyə başladım. 2012-ci ildə ailə həyatı qurdum. Qızım oldu. 2015-ci ildə həyat yoldaşımın yaxın dostu bizə LNS şirkətində işləməyi təklif etdi. Bu şirkət xoşumuza gəldi və ailə biznesi qurmağa başladıq. Həyat yoldaşım Saidkadamov Qulayez hal-hazırda bu şirkətdə VIP tərəfdaşdır, mən isə VIA-ORO titulunu bağlamışam. Biz bir çox çətinlikdən keçdik, lakin övladımızın gələcəyi üçün təslim olmadıq. LNS sayəsində həyatımız bütün mənalarda dəyişdi. Maliyyə cəhətdən müstəqil olduq. Müxtəlif ölkələrdə bir çox ofisimiz var, avtomobil, mənzil almışıq. Bütün bunlara LNS şirkəti sayəsində nail olduq. İndi həyatımızda minnətdarlıq duyduğumuz insanlar və təbii ki, “LNS Birlikdə daha gözəl həyat üçün!” şirkəti var.
Mən, Vüqar Seyidəhmədov 2012-ci ildə LNS şirkətinə qoşulmuşam. LNS mənə madiyyatdan da dəyərli olan gözəl dostlar və təcrübə qazandırdı. LNS-dən əvvəl başqa biznesdə olmuşam. Ən çox biznes savadı, biliyi və təcrübəsi burada almışam. Buna görə LNS şirkətinə çox bağlıyam və daima minnətdaram olacağam. Bir məhsul almaqla həyatım 180 dərəcə dəyişdi. Qısa zaman ərəfəsində mən LNS də uğur qazandım və özümə Volkswagen Touareg model avtomobil aldım. Mənə hər zaman dəstək olan liderlərim, Anar Safarov, Xəyal Cəfərov və Əsgər Sadeghzadəyə təşəkkürümü bildirirəm. Onların dəstəyi və köməkliyi bir çox ölkələrdə şəbəkələrim var. Bununla hər zaman qürur duyuram. LNS – Birlikdə daha gözəl həyat üçün!